Alla Puqaçovanın ardınca isə Rusiyanın Xalq artisti Valeri Leontyev Rusiyanı tərk edərək Amerikaya köçdüyünü bəyan edib.
Maraqlıdır, görəsən illərlə Rusiyada yaşayan, onun fəxri adını daşıyan sənət adamları vətənlərini niyə tərk edir?
Müğənni Akif İslamzadə bildirib ki, rusiyalı sənət adamlarının ölkəni tərk etməsinin əsl səbəbi onların kapitallarıdır:
"Bir neçə müddətdən sonra sərhədləri tamam bağlayacaqlar. Nə içəri adam buraxacaqlar, nə də içəridən kənara. Onların hər birinin əvvəldən xarici ölkələrdə mülkləri olub və bu gün də var. Onlar həm də kapitallarının batmağından qorxurlar. Əllərinə imkan düşüb, köçüb gedirlər”.
Akif İslamzadə hesab edir ki, yaxın zamanlarda Rusiyanı tərk edən sənət adamlarının siyahısı genişlənəcək:
"Aktyorlar, yazıçılar, şairlər var ki, onlar da narazılıqlarını bildirirlər. Bu, ədalətli müharibə deyil. Hər iki tərəfdən heç nədən insanlar həlak olur”.
