Ramiz Hümmətov Azərbaycan mətbuatının, ədəbi mühitin və ictimai fəaliyyətin inkişafında özünəməxsus xidmətləri ilə seçilən, yüksək peşəkarlığı və ziyalılığı ilə yadda qalan dəyərli bir şəxsiyyət idi. O, “Tovuz Xeyriyyə Cəmiyyəti”nin fəaliyyətində yaxından iştirak edərək, cəmiyyətin nəşr etdiyi kitab, jurnal və digər çap materiallarının hazırlanmasında mühüm rol oynamışdır.
Onun xatirəsi onu tanıyan hər kəsin qəlbində daim yaşayır.
Bu əlamətdar gündə mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Ramiz Hümmətovun ruhuna Allahdan rəhmət diləyirik.
Ruhu şad olsun!
Çingiz Abbasov
Tovuz Xeyriyyə Cəmiyyətinin sədri
