Bu sözləri İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev iyulun 2-də Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) biznes forumunda deyib.
O bildirib ki, iqtisadiyyatın dayanıqlı inkişafı üçün infrastruktur layihələrinə böyük sərmayələr yatırılıb. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi və ixrac imkanlarının artırılması ölkənin əsas prioritetləri sırasındadır.
“AZPROMO olaraq mandatımız yerli ixracatçılara dəstək göstərmək, onların xarici bazarlara çıxış imkanlarını genişləndirmək və Azərbaycan məhsullarının beynəlxalq bazarlarda tanıdılmasına töhfə verməkdir. Bu istiqamətdə sahibkarların maliyyə, informasiya və institusional dəstək alması xüsusi əhəmiyyət daşıyır. Yeni tərəfdaşlıqların qurulması və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi ixrac potensialının daha da artırılmasına imkan verəcək”, - deyə Yusif Abdullayev bildirib.
