Sizin reklam burada
Sizin reklam burada
  • Əziz dostum, doğum gününüz mübarək olsun!

    Sabah dünya şöhrətli yazıçı, xalq yazıçısı, mənim çox əziz dostum Çingiz Abdullayevin doğum günüdür.
    Çingiz Abdullayev təkcə Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının da seçilən simalarından biridir. Onun əsərləri müxtəlif dillərə tərcümə olunaraq milyonlarla oxucunun qəlbinə yol tapıb, yaratdığı obrazlar isə artıq ədəbi yaddaşın ayrılmaz hissəsinə çevrilib. O, öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını dünyaya tanıdan, onu daha geniş üfüqlərə daşıyan nadir qələm sahiblərindəndir.
    Amma onu dəyərli edən yalnız böyük yazıçı olması deyil. Çingiz Abdullayev, eyni zamanda yüksək insani keyfiyyətləri, səmimiyyəti, sadəliyi və dostluğa sədaqəti ilə seçilən bir insandır. Onun dostluğu etibarlı, sözü isə hər zaman dəyərlidir – bu isə insanın ən böyük sərvətlərindəndir.
    Əziz dostum, doğum gününüz mübarək olsun! Sizə möhkəm can sağlığı, uzun ömür, tükənməz yaradıcılıq enerjisi və hələ uzun illər oxucularınızı sevindirəcək yeni-yeni əsərlər arzulayıram. Hər zaman var olun, yazın, yaradın və işığınızla ətrafınızdakı insanlara yol göstərin!
    Nə yaxşı ki, varsınız!

    Hüseynbala Mirələmov
    Yazıçı-dramaturq,
    III, IV və V çağırış Milli Məclisin deputatı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ