Lakin təəssüflə deyə bilərəm ki, Bakının Bayıl zonasında "Su hovuzu" idman kompleksinin arxası tərəfdən dənizə yaxınlaşanda, sözun əsl mənasında hansısa ölmüş heyvanın leş iyi, üfunət qoxusu adamı iyrəndirir.
Bu ərazidə çəkilmiş dənizin yerində qalan hissədə qamışlıq kök salsa da, ləpədöyən olduğundan mazut qarışıq antisanitar, ürək bulandıran görkəm alıb. Nəzərə alsaq ki, hər gün yüzlərlə insan işdən sonra və ya istirahət günlərində (ətraf yaşıl park olduğundan) bu yerlərə gəzintiyə çıxır və hamı yaranmış bu xoşagəlməz vəziyyətdən narazılıq edir, ancaq bütün bunlara baxmayaraq təəssüf ki, aidiyyatı şəxslər problemin aradan qaldırılması istiqamətində heç bir iş görmür.
Görəsən bu insanlar dərdini kimə deməlidir?
Bəradər Səməndərli
"Atrributinfo.az"
