Sizin reklam burada
Sizin reklam burada
  • Baramaçılıq mövsümi gəlir mənbəyidir

    Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

    "Atributinfo.az" xəbər verir ki, baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir.
    Proqram bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırıl-masına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib. Dövlət tərəfindən fermerlərə bütün lazımi materiallar, tinglər verilib, bütün sahələr üzrə subsidiyalar ayrılıb və bununla da 30-40 gün ərzində yaxşı gəlir əldə etmək imkanı yaradılıb. Bu dəstək Qax kümçülərinin fəaliyyətində də aydın nəzərə çarpır.
    Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ipəkqurdu toxumunun paylandığı kəndlərdə barama təsərrüfatlarında saxlanma şəraiti ilə tanış olub, eyni zamanda Qax Damazlıq İpəkçilik Stansiyasında barama tədarükünün mövcud vəziyyəti ilə maraqlanıb, barama təhvil verən kümçülərlə görüşüb, işlərin daha səmərəli təşkili istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.
    Məlum olduğu kimi artıq Qax rayonunda kümçülər tərəfindən yaş barama tədarükünə başlanılmışdır. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasında baramanın təhvil alınmasına münasib şərait yaradılmışdır. Rayon kümçülər tərəfindən bu günə kimi 6423 kiloqram yaş barama məhsulunun “Azəri-İpək” ASC-ə təhvil verilməsi təmin edilmişdir. Hazırda barama tədarükü davam edir.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov
    "Atributinfo.az"














    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ