Sizin reklam burada
Sizin reklam burada
  • Qaxda taxıl biçini işləri davam edir

    Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun digər rəhbər şəxsləri ilə birlikdə Ağyazı kəndi ərazisində Elbrus Abdullayevin təsərrüfatında aparılan arpa biçini prosesi ilə tanış olub.

    "Atributinfo.az" xəbər verir ki, fermerlə aparılan görüş zamanı, payızlıq taxıl əkini dövründə onu narahat edən məsələlər, gübrə təminatı, əkin subsidiyalarının, suvarma suyunun vaxtında verilməsi, kənd təsərrüfatı texnikaları ilə təminat məsələləri Rayon İcra Hakimiyyəti başçısı tərəfindən ətraflı öyrənilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır
    Məlumat üçün qeyd edək ki, Qax rayonu ərazisində 2026-cı ilin məhsulu üçün 5521 ha arpa, 7989 ha buğda olmaqla ümumilikdə 13510 hektar sahədə payızlıq əkin aparılmışdır. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişdirilib. Rayonda taxıl biçinin itkisiz və optimal müddətdə başa çatdırılması üçün rayonun ayrı-ayrı ərazilərində mövcud olan 34 ədəd müxtəlif markalı kombaynlar hazır vəziyyətə gətirilimiş, eyni zamanda kənar rayonlardan kombaynların cəlb olunması ilə bağlı əlaqələr yaradılmışdır. Bu günədək rayon üzrə 5521 hektar arpa sahəsinin 1950 hektarında biçin həyata keçirilib və sahələrdən 6864 ton arpa məhsulu istehsal olunmuşdur ki, orta məhsuldarlıq 35.2 sentner təşkil etmişdir. Arpa biçininə 34 kombayn cəlb olunub, bunun da 7 ədədi "Aqroservis" ASC-nin, 27 ədədi hüquqi və fiziki şəxslərə məxsus, 5 ədədi isə " Aqroservis " xətti ilə digər rayonlardan dislokasiya olunan kombaynlardır. Buğda sahələrinin biçininə isə iyun ayının sonlarından kütləvi şəkildə başlanacaqdır.

    Bəradər
    "Atributinfo.az"









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ