Öncə onu deyim ki, paradoks zahirən bir-birinə zidd, amma dərin düşünəndə içində məntiqi və ya gizli həqiqət daşıyan fikir, vəziyyət və ya ifadədir.
Mən 1991-92- ci ildən -yəni uşaq vaxtlarımdan şeir yazıram. Bu yola çıxdığım gündən heca və əruz vəznli şeirlər, nəsrdə "esse , felyeton, hekayə" və sairə yazmaqla bərabər bədahətən deyilən meyxana sənətində də meydanlarım olmuşdur. 2009-cu ildən Xaçmazda "Ulduzlar" məclisi, Qubada "Gülüstan" məclisi və sonra Bakıda "Vahid Poeziya Məclisi" , "Abşeron Yazarlar Birliyi", "Xəzər" ədəbi məclisi, "Dünya Gənc Türk Yazarlar Birliyində üzvlüyüm və aktiv iştirakım olmuşdur. Bu məclislərdə ustad şairlərdən kifayət qədər öyrəndiyimiz biliklər və tanış olduğumuz şair kütləsi olmuşdur. Bu illər ərzində 4 kitab nəşr etməklə bərabər bir çox seçilmiş antaloqiyalarda, jurnallarda , qəzetlərdə, saytlarda əsərlərim nəşr olunmaqla bərabər bir neçə yarışmada iştirak etmişəm və hətta qalib də, olmuşam. Bunlarla bərabər Qazaxıstanda , Türkiyədə nəşr olunmuş antaloqiyalarda da şeirlərim yer almışdır. Bəzi şairlər kimi öz hesabıma və ya bankdan kredit alaraq öz kitablarımı nəşr etdirib təqdimatımda 5-10 manata (xərclədiyim pulu çıxarmaq üçün) kitab satmamışam. Hər 4 kitabım sponsor hesabına nəşr olunmuş və təqdimatıma məni sayıb gələn oxucularıma hədiyyə verilmişdir. Bu həm oxucularıma verilən dəyər, həm də ,kitabın oxunması üçün irəli atılan bir addımdır.
Bir sözlə bu yolda Agah Xaçmazlı imzası ilə yetərincə təşəbbüslərim , oxucu kütləsi ilə tanışlığım, şeiriyyatın qayda-qanunlarına ciddi əməl edərək əsərlərim olmuşdur.
Mən bu illər ərzində ən əsas onu dərk etdim ki, şair azad olmalıdır. Həqiqi ədəbiyyat azad ruh tələb edir. Amma şairlər rəsmi qurumlara üzv olur. Yəni azadlıqla institusionallıq arasında ziddiyyət olur. Bu da, şair anlayışı ilə rəsmi birlik üzvlüyü bir-birinə uyğun gəlmir və bunuda paradoks kimi təqdim etmək olar.
Şair azadlıqdan yazır, amma adı siyahılarda yaşayır, elə buradaca paradoks başlayır.
Poeziya sərhəd tanımaz deyirlər, amma şairlər təşkilat sərhədlərinə sığışır, ziddiyyətin (paradoksun) ən səssiz forması budur.
Azad sözün sahibi olmaq iddiası ilə rəsmi çərçivəyə sığınmaq poeziyanın öz içində yaratdığı paradoksdur. Şair azad olanda şairdir, təsdiqlənən də üzv. Azad ruhun siyahıya düşməsi sözün özünə xəyanətdir. Şair azadlıqdan yazıb möhür dalınca qaçırsa, bu artıq poeziya yox ə, paradoks tamaşasıdır.
Poeziya səma üçündür, şair isə qeydiyyat otağında növbə gözləyir, bundan böyük paradoks olmaz!
Şair möhürlə təstiqlənəndə azadlıq ərizə formasına düşür. Sözə səcdə etdiyini deyən şair, möhürə baş əyirsə , burda poeziya yox, prosedur var. Şair prosedur ilə yox, spontal qərar verir.
İlham göydən gəlir deyənlər üzvlük kağızını yerdə axdarır. Şair azadlıq şeiri yazır, sonra da, gedib azadlığını təstiqlətdirirlər. Bu isə paradoks yox, komediyadır. Azad ruhu olan adam təşkilatın qapısında növbə tutmaz. Tutarsa, demək ruh kağız kimidir, qatlanar.
Poeziya üsyandır deyirlər, amma üsyan da, qeydiyyatdan keçir. Söz sərhəd tanımırsa, demək şair sözün özü qədər azad olmalıdır. Şair üçün azadlıq ; "Daxili səsə tabe olmaq, heç bir rəsmi çərçivəyə hesabat verməmək, estetik və idioloji müstəqillikdir".
Azad şair ilham qarşısında cavabdehdir, struktur qarşısında yox.
Şair üçün institusionallıq isə; "Qayda qoyur, üzvlük verir, status və leqitimlik yaradır, bəzən də, meyar müəyyən edir : \kim şairdir, kim deyil.\"
Bir şair tək başına yazıb və fərdi fəaliyyət göstərməklə hansısa quruma üzv olub o struktur daxilində fəaliyyət göstərməkdən institusionallıqdan kənarda dayanır. Hər hansı bir qurum ədəbiyyatı fərdi müstəvidən çıxarıb təşkilatı müstəviyə keçirir, elə paradoks hissi buradan doğur və ziddiyyət yaranır.
Poeziya sərhədsizdir, inistitut isə sərhəd qoyur. Şair fərdidir, inistitut isə kollektiv strukturudur. İlham spontal gəlir, institut isə prosedurla işləyir. Yəni, azad ruh sistemə daxil olanda iki ehtimal var; 1. İmkan verir , tribuna yaradır, maddi və mənəvi dəstək göstərir. 2. Kəskinliyi azaldır, uyğunlaşma tələb edir, üsyanı estetika çərçivəsinə salır.
Əgər şair instituta daxil olduqdan sonra əvvəlki kimi sərt, azad və müstəqil qalırsa, burada paradoks zəifləyir.
İndiki vəziyyətdə də, şairin instituta daxil olaraq müstəqil, azad qalması çox çətin bir məsələdir. Burda bir sual çıxır meydana;
"O zaman şair tanınması üçün nə etməlidir?"
Öz kitabını çıxarmalı, müstəqil nəşrlər və internet platformasında paylaşmalı, onlayn ədəbi dərnəklər, teleqram, inistaqram, facebook kimi platformalarda şair içtimaiyyətlə birbaşa əlaqə yaratmalıdır.
Yaradıcılıq müsabiqələri və festifal Dövlət və QHT-lərin təşkil etdiyi yazı müsabiqələri məcburi üzvlük tələb etmir. Şair bu festifal və müsabiqələrdə iştirak etməklə azadlığını ayaqda tutaraq içtimaiyyətə özünü tanıda bilər.
Şairə hər hansı bir üzvlük yalnız bir statusdur. Amma yaradıcılıq və nüfuz müstəqil fəaliyyətlə də qurula bilir.
Hər bir şairin prinsipi öz seçiminə sadiq qalmaq bu yolda çox əhəmiyyətlidir.
Azad ol ki, əsərlərindən azadlıq çiçəyinin ətri duyulsun!
