Sizin reklam burada
Sizin reklam burada
  • Cəlilabadda yol qəzası: 1 nəfər ölüb, 2 azyaşlı isə xəsarət alıb

    Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü, iki azyaşlının isə xəsarət alması ilə nəticələnib.

    Qəza Yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Astara istiqamətində hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb.

    Hadisə zamanı sürücünün həyat yoldaşı Aytel Əbdürrahmanova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan iki azyaşlı uşaq isə müxtəlif dərəcəli xəsarətlərlə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ