Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Bakı-Qazax magistral yolunun rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.
Qazax rayon sakini atasına məxsus "Mercedes "markalı minik maşını ilə hərəkətdə olarkən yol kənarında dayanan İran vətəndaşına məxsus "Volvo" markalı TIR-a çırpılıb, nəticədə minik maşını deformasiyaya uğrayıb.
Qəza zamanı minik avtomobilinin sürücüsü, onun iki nəfər sərnişini xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
