Qadın qrossmeyster eyni vaxtda 15 iştirakçıya qarşı mübarizə aparıb. Ülviyyə Fətəliyeva şahmatçılarla görüşdən məmnun olduğunu və turnirin keçirilməsi üçün yaradılmış şəraitə görə minnətdarılığını bildirib.
Xatırladaq ki, Ülviyyə Fətəliyeva 2024-cü ildə Yunanıstanın Rodos şəhərində keçirilən qadınlar arasında şəxsi Avropa çempionatının qalibidir. Şahmatçı bu ilin mart ayında 8 ölkədən 10 iti zəka sahibinin qatıldığı "IV Women's Chess Championship" turnirində 9 turdan 6,5 xal toplayaraq 1-ci yeri tutub.
