Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış ilk poliqrafçı alim, Azərbaycan Nəşriyyatının keçmiş baş direktoru, dəyərli dostumuz Şəddat Cəfərovun "Əzəldən bağlıyam sözə" adlı beş cildlik kitabının təqdimat mərasimi keçirildi. "Kredo" qəzetinin baş yazarı, filologiya elmləri doktoru, professor Əli Rza Xələflinin və Xalq Şairi Sabir Rüstəmxanlının aparıcıığı ilə olduqca zəngin yaradıcılıq ruhunda baş tutan tədbirdə tanınmış sair, yazıçı elm adamları ilə yanaşı AJB-nin rəhbər işciləri də iştirak edirdi. Çıxış edən hər kəs ömrünün 85-ci payızını həm cismən, həm də ruhən təravətli yaşayan və yaşadığı, çalışdığı rəhbər vəzifələrdə xeyirxahlığı, səmimiyyəti, sadəliyi ilə ürəklərdə uçulmaz, dağılmaz yuva quran bu insan haqqında ən xoş sözləri dedilər, ötən illərin nostalji xatirələrini dilə gətirdilər. Uğurlar Şəddat müəllim! Sizi ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları, bərəkətli ömür, möhkəm can sağlığı arzulayıram!