Sizin reklam burada
Sizin reklam burada
  • Esmira Günəşin 239 saylı məktəbdə kitab təqdimatı olub

    Səbail rayon Badamdar qəsəbəsində yerləşən şəhid Tofiq Məmmədovun adına 239 saylı məktəbdə şairə Esmira Günəşin kitab təqdimat və şəhid Tofiq Məmmədovun anım tədbiri oldu.
    "Atributinfo.az" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra çıxış üçün ilk söz məktəbin direktoru Nisə Fərəcovaya verildi. Nisə xanım qonaqları salamlayaraq məktəbin şəhid məzunları haqqında görülən işlər barədə məlumat verərək şəhid ailəsinə səbr dilədi. Daha sonra sıra ilə qonaqlar çıxış etdilər. Şairə Esmira Günəş öz çıxışı zamanı Şəhid Tofiq Məmmədovun yer aldığı kitabları və jurnalları şəhidin ailəsinə təqdim etdi. Tədbirdə şəhidimiz haqqında məqalələrim və şeirlərim səsləndirildi. Tədbirin sonunda qonaqlar məktəb kollektivinin təşkil etdiyi çay süfrəsinə dəvət olundular.
    Tədbirdən sonra şairə Esmira Günəş Tofiq Məmmədovun ailə üzvləri ilə birlikdə şəhidin adını daşıyan küçədəki abidəsini və dağüstü parkda yerləşən Şəhidlər Xiyabanında məzarını da ziyarət edib.

    Dilarə Zeynalova
    "Arributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ