Sizin reklam burada
Sizin reklam burada
  • Esmira Günəşin Suraxanıda kitab təqdimatı olub

    Mayın 30-u Suraxanı rayon 89 nömrəli məktəbdə şairə Esmira Günəşin "Qəlbimizdə yaşayanlar" kitabının təqdimatı keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, şairənin kitabında yer alan şəhidlərdən Əmirxan Babayev məhz 89 saylı məktəbin məzunudur. Tədbirdə şəhid Əmirxan Babayevin adını daşıyan sinifin şagirdləri, məktəbin müəllim kollektivi, şəhidin anası və şəhidlər haqqında 15 kitabım müəllifi şairə Esmira Günəş iştirak edib. Əvvəlcə məktəbin şəhid məzunları haqqında videoçarx nümayiş olunduqdan sonra şagirdlər Əmirxan Babayevin həyatından bəhs edən mətni oxuyublar. Daha sonra məktəbin müəllimləri və qonaqlar çıxış edərək şəhid Əmirxan Babayevlə bağlı xatirələrindən danışıblar. Sonda söz şairə Esmira Günəşə verilib. Şairə xanım imzalı kitablarını şəhid anasına təqdim edərək, şəhidlərimizin unudulmamasını arzuladığını bildirib. Tədbirin təşkil olunmasında məktəb kollektivinə təşəkkür edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.

    Dilarə Zeynalova
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ