Sizin reklam burada
Sizin reklam burada
  • Qaravəlli kənd bələdiyyəsi


    Bilirsiniz ki, bələdiyyənin yarandığı gündən fəaliyyəti heç də ürək açan olmayıb. Xalqımız bələdiyyələrə icra hakimiyyətlərinin bir şöbəsi kimi baxıblar. Çünki onlara verilmiş səlahiyyətlər o qədər məhdud çərçivədədir ki, nəzərdə tutulmuş sosial problemləri həll edə bilmirlər.


    Ona görə də bələdiyyələrin nüfuzu az olduğu ilə əlaqədar fəaliyyətləri də gözə dəymir. Amma elə rayon, kənd bələdiyyələri var ki, öz bacarığı, savadı, qabiliyyəti hesabına qarşıya çıxan bütün sosial problemləri həll edir.


    Belə bələdiyyələrdən biri də Ağcabədi rayonunun Qaravəlli  bələdiyyəsidir.

    Sərraf Nağıyev Qaravəlli bələdiyyə sədri seçildikdən sonra bütün daxili imkanları nəzərdən keçirərək, bələdiyyəyə daxil olan kəndlərin sosial problemləri ilə maraqlanıb, onları həll etməyə başladı.

    Sərraf haqqında bu məlumatı verə bilərik.

    O , Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası bitirib .Sonradan yeni Azərbaycan partiyasının idarə heyətində çalışmış və Ağcabədi icra hakimiyyəti aparatında işlədiyi dövrdə zəngin təcrübə toplamış ,qarşıya çıxan bütün problemləri həll etməj qabiliyyətinə malik olmuşdur .

    Qaravəlli bələdiyyəsinin tərkibinə üç kənd daxildir .

    Bunlar Qiyaməddinli, Qaravəlli,Qələbəddin kəndləridir.


    Buna misal olaraq, Qaravəlli bələdiyyəsinin təşkilatçılığı ilə Qiyammədinli kənd ərazisində yerləşən kəndin mərkəzi və kəndarası yollarının əsaslı şəkildə təmirinə başlanılıb.


    Belə ki, 15 gündən artıq davam edən quruculuq işlərində uzun illərdir bərbad vəziyyətdə olan, təxminən 12-13 km məsafəni əhatə edən yol yataqları bərpa olunub, yolun müəyyən hissəsinə çınqıl döşənib. Qeyd edək ki, yolun qalan hissəsinin də bərpası bundan sonra nəzərdə tutulur. Görülən işlərlə yanaşı, həmçinin kəndarası dalanlar genişləndirilib.


    Əlavə olaraq qeyd edək ki, Qiyammədinli kənd ərazisində yerləşən, mərkəzi yolun kənarından keçən kənd sakinlərinin həyətyanı təsərrüfatlarının suvarılması üçün nəzərdə tutulan, 1,5 km uzunluqda olan su arxının təmizlənməsi işləri də həyata keçirilib.


    Burada avtomobillərin rahat gediş-gəlişi üçün keçidlərə iriölçülü borular basdırılıb, eləcə də su keçidləri üçün köhnə borular yeniləri ilə əvəzlənib.

    Siz elə düşünməyin ki , Qaravəlli bələdiyəsi təkcə Qiyaməddinli kəndində abadlıq işləri aparıb.Bələdiyyənin tərkibinə daxil olan o biri kəndlərdədə eyni abadlıq quruculuğu işləri görülüb .

    Bütün bunlarla yanaşı bildiyiniz kimi yağışdan sonra yollar bərbad vəziyyətə düşür çuxurlar əmələ gəlir .

    Avtomobillərin və piyadaların gediş gəlişi çətinləşir .Həmin yaranmış problem bələdiyyə tərəfindən aradan qaldırılır , yaranmış çuxurlar doldurulur .Eyni zamanda yol kənarında yaranmış yabanı bitkiləri , kol-koslarl mütəmadı təmizləyirlər .Bir sözlə Qaravəlli bələdiyyəsi gücü çatan bütün problemləri vaxtı vaxtında həll edir .

    Bizdə mətbuat olaraq Qaravəlli  bələdiyyəsinin bu uğuruna sevinirik gələcək də daha çox projelərə imza atmağını arzulayırıq.

     

    Qiyam Ərşadoğlu




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ