Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının “Heydər Əliyev Mərkəzi” ərazi partiya təşkilatında dəyirmi masa keçirilmişdir.
"Atributinfo.az" xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov məruzə ilə çıxış edib.
Məruzə ətrafında çıxışlarda: Ərazi partiya təşkilatının sədri Kübra Səmədova, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndə v.m.i.e Anar Kəkəyev və Astara Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahin Əliyev öz təəssüratlarını bölüşərək, qarşıda duran vəzifələrdən danışıblar.
Bəradər Səməndərli
"Atributinfo.az"
