Sizin reklam burada
Sizin reklam burada
  • Vətən bizim namusumuz, şərəfimiz, azadlığımız, mənliyimizdir


    İlkin Məmmədov 

    Göygöl Rayon ziyalısı,

    YAP fəalı


    Vətən bizim yaşadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır.Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi - dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır.Əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başa çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsl vətəndaş ola bilməzsən.Mənim vətənim Azərbaycandır. Bu məmləkət azərbaycanlıların tarixi vətəni, tarixi yurdudur. Vətən müharibəsində Azərbaycan gəncliyi sanki özünü yenidən tanıtdı. Azərbaycanda nə qədər vətənpərvər, cəsur, qəhrəmanlıq ruhu ilə dolu, bir o qədər də savadlı, sağlam düşüncəli gəncliyin yetişdiyinə hər birimiz şahid olduq. Qələbənin əldə olunmasında cəmiyyətin bütün sosial qruplarından olan insanların fədakar əməyi var. Amma əsas yük əlində silah, qəlbində Vətən sevgisi ilə yağı düşmənin üzərinə atılan gənclərimizin üzərinə düşdü. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qələbədən sonra Şuşaya ilk səfəri zamanı qazanılmış zəfərdə gənclərimizin rolunu xüsusi vurğuladı. Vətənpərvərlik ruhu da budur!Ömrünü xalqına həsr etmiş, Azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyət- Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir. Onun vətən sevgisi hər kəsə nümunədir. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” – bu sözlər Ulu öndərimizə məxsusdur. Bəli, biz də fəxr edirik ki, Azərbaycanlıyıq.

    Azərbaycanlı olan hər kəs, bu vətənin hər bir övladı, Azərbaycanımızın gələcəyi üçün əlindən gələni etməlidir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ