Sizin reklam burada
Sizin reklam burada
  • Astarada Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş güləş turniri keçirilib


    Oktyabrın 16-17-də Astara Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib.

    Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk dəfə keçirilən turnir Azərbaycan Güləş Federasiyası və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin ortaq təşkilatçılığı ilə baş tutub.

    U-15 yaş qrupu üzrə keçirilən yarışda 100-ə yaxın yeniyetmə mübarizə aparıb. Yarışın ilk günündə Astara güləş məktəbinin tanınmış siması, Avropa və U-23 dünya çempionu, U-15 milli komandanın məşqçisi Əliabbas Rzazadənin imza mərasimi də keçirilib.

    Qeyd edək ki, belə yarışların keçirilməsində məqsəd perspektivli idmançıların üzə çıxarılmasına dəstək vermək, onların yarış təcrübəsini artırmaq və gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirməkdir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ