Sizin reklam burada
Sizin reklam burada

Həsən Təbib Quliyev

Həsən Təbib QuliyevHəsən Təbib Quliyev

OLUR

Sən demə eşqdə yananlar elə hər yanda olur.
Düşərək atəşinə hey qəmi-hicranda olur.

Sevgi vardır, əzizim,dəhrdə ümman kimidir,
Yoxdu sakin halı bir zəlzələ,tufanda olur.

Sevmişəm bir gözəli telləri ayə kimidir,
Üzü Surə misalı ancaq o Quranda olur.

Dedi aşiq olalı Yusifi-Kənən kimisən,
O Züleyxa misalı mən də ki zindanda olur.

Mən sevən bir gözəlin qəlbi məkan eyləmişəm,
Təbibi axtaran olsa həmin ünvanda olur

NECƏ DÖZSÜN BƏS?

Uzaqda qəmi-hicran ,hicran necə dözsün bəs?!
Dövrəylə verir dövran,dövran necə dözsün bəs?!

Dünya acısı ağır ,dünya dözə bilmirsə,
Dərd-qəm dolu dünyaya insan necə dözsün bəs?!

Gəzdim misali-səhra həm qum dolu səhranı,
Karvan apara bilmir,sarban necə dözsün bəs?!

Gəl çox daşıma yüküm,çün saxlamayır dizlər,
Yüküm ağırsa, zalım,zindan necə dözsün bəs?!

Mömün yolunu əymək həp şeytana məxsussa,
İnsan da əyir eyni ,şeytan necə dözsün bəs?!

Axdı gözümün yaşı çaylara misal oldu,
Bu zərrə misalında ümman necə dözsün bəs?!

Təbibi bir az səbr et,canandan iraq düşsən,
Çün səndə səbir yoxsa ,canan necə dözsün bəs?!

ÇƏKƏ BİLMƏZSƏN

Rəssam,arzularım bilsən nə böyük,
Onu canlandıra, çəkə bilməzsən.
O qədər yaşadım dərd bölük-bölük,
Onu canlandıra,çəkə bilməzsən.

Dünya qalmaqaldı bitib,tükənmir,
Evsiz var bir otaq bir ev tikəmmir,
Kasıbın dərdini fırçan çəkəmmir,
Onu canlandıra,çəkə bilməzsən.

Odlara atıldım,qoyuldum közə,
Yazıq can nə qədər dərdlərə dözə,
Sevgi mücərrədi görünmür gözə,
Onu canlandıra çəkə bilməzsən.

Dərdimdən danışdım sızladı ürək,
Məni anlayasan,duyasan gərək,
Bacarsan dərdimi hələ çək görək...
Onu canlandıra çəkə bilməzsən!?

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ