Sizin reklam burada
Sizin reklam burada
  • Səadət Qərib

    Səadət Qərib Rzayeva Səadət Arif qızı (təxəllüsü Səadət Qərib) 10.06.1970-ci ildə Goranboy r-n Dəlməmmədli qəsəbəsində doğulmuş, orta məktəbi əla bitirmiş, 1986-cı ildə Qəmbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin f- no ixtisası üzre daxil olub 1991-ci ildə bitirmişdir. Şeirə, ədəbiyyata həvəsi 12-13 yaşlardan başlamışdır.
    2016 ilde Türkiyede Hatay'ın Dörtyol ilçesinde Ədəbiyyat ve Sənət Akademiyası (ESA) ve Dörtyol Bələdiyəsi işbirliyinin düzənlədiyi. 1 Türk Dünyası Şeir yarışmasında 300 şair içindən " Şəhidlər "şeiri dərəcəyə girmiş , qazanmışdır..Türkiyə şeir festivallarında dəfələrcə diplom, ödüllərə layiq görülüb. 2016 ildən Gəncədə ,Bakıda , Türkiyədə dərc olunan qəzetlərdə, saytlarda, sosial mediada şeirləri mütəmadi olaraq derc olunur. Hemçinşn Türkiyədə , Azərbaycanda derc olunan bir çox almanaxlarda şeirləri derc olunub.İlk şeir kitabı " Mən bir həyat hekayəsi " 2020 ildə işıq üzü görüb.Tezlikle ikinci povest kitabı "Onun acı taleyi "işıq üzü görecek.Şeirlerine mahnılar yazılıb ve yazılır.1987 ilden Moskvada yaşayır, Ailelidir, 3 övladı var.

    ZƏFƏR ƏTIRLI QƏHRƏMAN
    Qəhrəman şəhidimiz Yüksəl Əlizadənin xatirəsinə.

    Gəncəmizin mərd Yüksəli
    Ucalmısan zirvələrə.
    Heç bilmədin qorxu nədir,
    Sinə gərdin güllələrə.

    Şərəfli ad daşıyırsan,
    Tarixlərdə qalacaqsan!
    Ürəklərdə yaşayaraq
    sönməz məşəl olacaqsan!

    Böyük Vətən savaşında
    Hayqırdın ki, mən də varam...
    Azərbaycan mənim elim,
    Hər daşını qoruyaram...

    Çatdin elin harayına,
    könüllülər sırasında.
    Şücaətlə ad qazandın
    yaşıdların arasında.

    Neçə yaralı əsgəri
    daşıdın öz kürəyində
    Neçə arzu, diləyini
    apardın öz ürəyində.

    Vətənimin iğid oğlu
    Heç bir şeydən çəkinmədin.
    Düşdün ölüm sınağına,
    Yenə yolundan dönmədin.

    Vətən üçün candan keçib,
    Əbədiyyətdə doğuldun.
    Qaranlıqdan sabahlara
    Daim doğan Günəş oldun!

    Allah dərgahında özün
    Vətən boyda uca dağsan.
    Zəfər ətirli, qəhrəman
    Azərbaycan, Qarabağsan!!!


    GƏNCLİYİM UZAQDAN BAXIB KÖVRƏLİR

    Əllinin əlindən tutub gedirəm,
    Gəncliyim uzaqdan baxıb kövrəlir.
    Ömür kiprik -kiprik qəmli gözünü
    Saçımın ağında sıxıb kövrəlir.

    Götür könül - könül oxşa əllimi,
    Qəlbimin səsində, ürək səsimdə.
    Gəncliyin istisi gülür üzümə,
    Bu hicran duyğulu ürkək səsimdə.

    Arzular ümüdlə səsləyir məni
    Sevginin dilində, eşqin dilində
    Ara ətir-ətir baxışlarımı,
    Sevdanın gülündə, sevgi gülündə.

    Bir həzin nəğmədi kədər avazlı,
    Üzümnən boylanan ömür yoxuşu.
    Baxıb qırış - qırış gələn qismətə,
    Alnımda kövrəlir ömür naxışı.

    Ayların illərin qözündə qaldı,
    O şıltaq çağımın, sığallı günü.
    Əridi zamanın ac dodağında,
    Sürməli taleyin o ballı günü.

    Yük

    Çiynində nə qədər yükün var adam
    Qəm yükü, dərd yükü, məhəbbət yükü.
    Dünənin bir namərd cəllad körpüsü
    Bugünün daşıyır sədaqət yükü.

    Əl- ələ gəzirsən xəyallarınla
    Hələ yaşayırsan olmaz arınla
    Öyürsən özünü "yalan" varınla
    Taxt qurub içində səfalət yükü .

    Bir daş qoymamısan daşının üstə
    Hər gün bir yaş gəlir yaşının üstə,
    Tutmusan vəfanı başının üstə.,
    Ayağın altinda məşəqqət yükü.

    Bu nimdaş dünyadan sən təzə umma,
    Dərdin badəsindən, heç məzə umma,
    Peşiman ürəkdən möcüzə umma,
    Gözündə apardın səadət yükü..

    Günaha bulaşıb çirklə gedirsən,
    Kimin var orada ərklə gedirsən
    Bu son mənzilinə yüklə gedirsən.
    Əlində bir zənbil qəbahət yükü..

    DÜNYADA ƏDALƏT HAQQ QURAN ELİM

    Sən qədim yurdumsan, Azərbaycanım!!!
    Poladlar qanıyla tarixlər yazır.
    Mübariz qeyrətli iğid oğullar
    Vətəni yolunda ölümə hazır.

    Başını uca tut, Laçınım, Şuşam,
    Hər Vətən övladın, sənə min əsgər...
    Sənin dayağındır Türkün ulusu,
    Bir yanın Dərbənddir,bir yanın Kəngər!!!

    Zəfərdən- zəfərə adlayan,keçən,
    Dayanma, dayanma, irəli ordum!!!
    Zirvəyə daşıdıq məşəlimizi,
    Zülməti nur ilə boyadıq, yurdum!!!


    Günbatan ,gündoğan oylağın olmuş!!!
    Birləşib yumruq ol, ey Turan elim...
    İlhamla Ərdoğan bayrağın olmuş,
    Dünyada ədalət ,haqq quran elim!!

    Sən Allah

    Sən Allah , toxunma ağrı, acıma
    Onların içində tənha qəhər var.
    Soyuq bir nəfəsdə od axtarmıram
    Ümidsiz gecəmdə odlu səhər var.

    Sən Allah, çəkil get, könül dünyamdan
    Sənin məhəbbətin ötəri hissdir.
    Ürəklə oynamaq insafdan deyil,
    Birgünlük məhəbbət saxta, həvəsdir.

    Sən Allah, heç dəymə yaralarıma
    Qanayan yaralar sözlü dodaqdır.
    Amandır inlətmə eşq fəryadımı
    Gövdəsi eşqimin çılpaq budaqdır.

    Sən Allah ,uzaqlaş, öz yolunla get
    Bəlkə səndən sonra bir nəfəs alam.
    Yarıcan olsam da çətin yıxlıam,
    Mənə dərs olacaq qanayan yaram.

    Ev tikir

    Bir qadın var:- Gecələr
    Baxın gör nələr tikir
    Kərpic- kərpic əruzda
    Şeirdən evlər tikir...

    Bənd - bənd artır arzusu,
    Həcəs bəhri duyğusu
    Hər gün qaçır yuxusu
    Şeirdən evlər tikir...

    Divarları misradan
    Pəncərəsi hecadan
    Fikir axır bacadan
    Şeirdən evlər tikir..

    Ruhu bayatı, ağı,
    Solub bağçası, bağı
    Həsrət qoxur otağı
    Şeirdən evlər tikir.

    Yasəmən, süsən qadın
    Hər şeyə dözən qadın
    Dünyadan küsən qadın
    Şeirdən evlər tikir .

    GECƏNİ BALAMTƏK BASDIM BAĞRIMA

    Qaranlıq gecənin səssizliyində
    Seyr etdim , doymadan ulduz selini,
    Kim bilir, bəlkə də ,sen də mənimtək
    Tutubsan gecədən bomboş əlini.

    Qəribə dünyadır , qəribə həyat
    Yaddaşdan silinməz ötən bircə çağ.
    Qəlbimdə yurd salıb pərişan illər,
    Onlara hər gecə açıram qucağ.

    Yadigar qoyubsan xatirələri,
    Hara qaçıramsa,boylanır acım .
    Səhər dalğa- dalğa gəlir üstümə,
    Fikirli gecələr olub əlacım.

    Ağlama ürəyim, ağlama , bəsdir,
    Baxıb köks ötürmə ,ötən keçmişə.
    Sevgidən danışma, heç yeri deyil,
    Niyə yas tutursan, olub- bitmişə?…

    Ruhum sevə bilməz daha heç kimi
    Kimsə məlhəm olmaz acı,ağrıma.
    Ağlaya- ağlaya kor oldu gözüm
    Gecəni balamtək basdım bağrıma.

    Gözel sev meni

    Gerek sevende de gözel sevesen,
    Her seven bilmir ki, sevgi ne demek.
    Sevgi ülviyyetdir, sevgi cesaret,
    Allah! Ne gözeldir gözel sevilmek.

    Sevmek isteyirsen ruhun ile sev,
    Saflığı könlüne dile, sev meni.
    Meselen, söyleyim nece sev meni
    Keremtek aliş- yan, bele sev meni.!

    Sev meni göldeki sonalar kimi,
    Çünki bir- birinden ayrılmır onlar.
    Sev meni denizde balıqlar kimi,
    Çünki sessiz eşqde firtınalar var.

    Sev meni serçenin gözyaşları tek,
    Bilirsen serçeler ağlasa öler.
    Sev meni qurdların mehebbeti tek,
    Cesaret Boz Qurda sevgiden geler!

    Derdleş menimle sen,aç üreyini
    Eşqin yolıarında duraq beraber.
    Hörmet et sevgime evvelki kimi,
    Ömrü birge başa vuraq beraber.

    Nefes tek sev meni ,heves tek deyil,
    Bu eşqin bir anı getmesin heder.
    Sev meni, bağçada min bir hevesle,
    Bir bağban gülleri sevgiyi qeder.

    Bilmirem ,çox şeymi isteyirem men,
    Eğer sehvim varsa keç günahımdan.
    Bilirsen kimnendir bu eşq dileyim?
    Ezizim,bir senden, bir Allahımdan .

    Bax yenə

    Bax yenə, baharda baharsızam mən,
    Sənsiz bu ürəkdə yaz ola bilməz.
    Gül açmır sinəmdə hisslər, duyğular
    Qəlbimə başqa eşq yazıla bilməz.

    Bax yenə, həsrətin düşüb izime,
    Vüsal qürbətləşib baxmır üzümə,
    Ayrılıq qapımı çalandan bəri –
    Dağların dumanı çöküb gözümə.

    Bax yenə qəmlənib divanə ürək,
    Sənsiz bu dünyaya biganə ürək,
    Sevgimin odu da, ocağı da sən –
    Yan, sənin başına pərvanə ürək.

    Bax yenə, gözləyir qəlbim baharı,
    Sevgi dastanımı qoyubsan yarı,
    Ayrılıq üçünmü mən səni seçdim?
    Elə hey gedirəm ümidə sarı...

    GEDİRƏM BU ŞƏHƏRDƏN

    Arxamca bir şəhər xatirə qoydum,
    Əliboş gedirəm ürəyim kimi.
    Ona ehtiyacım olub həmişə
    Gah suyum, gah duzum, çörəyim kimi.

    Məsum körpə kimi kimsəsiz qaldım,
    Şəhər ögeyləşdi, yadlaşdı mənə.
    Təklikdə çəkmişəm çox həsrətini,
    Dönəydim kaş ona, dönəydim yenə.

    Şəhərin səsi də sanki batıbdır,
    Üzünü qar tutub, rəngi ağarıb.
    Başını Xəzərə qoyub, yatıbdır
    Onu qış yuxusu çoxdan aparıb.

    Qəlbimi üşüdən qış fəsli deyil,
    Acı taleyimə o çoxdan gəlib.
    Daha bu şəhərdə kimim var mənim,
    Sevgim ölən gündən şəhərim ölüb.

    Əlvida ey şəhər, gedirəm səndən,
    Bir zaman salmışdım səni qəlbimə.
    Səni sevdiyimlə sevdim bərabər,
    İndi ikiniz də yadlaşdız mənə…

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ