“Sabahı planlaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə” mövzusuna həsr edilmiş Forumda dünya liderləri, siyasətçilər, diplomatlar, akademiklər, biznes ekspertləri, media və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələcəklər. Tədbirdə diplomatiya sahəsində qlobal tendensiyalar və regional dinamika barədə müzakirələr aparılacaq, aktual problemlərin mümkün həll yolları haqqında fikir mübadiləsi keçiriləcək.
Səfər aprelin 19-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
