![]()
Azərbaycanla sosial xidmətlər sahəsində 20-yə yaxın əməkdaşlıq həyata keçirilib. Xüsusilə, Azərbaycanın DOST mərkəzləri nümunəsində Özbəkistanda da mərkəzlər yaradılıb.
Bunu jurnalistlərə açıqlamasında Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktor müavini Sirojiddin Abdullayev deyib.
"Bugünkü mövzumuz, yəni rəqəmsallaşma çox vacibdir. Bizdə də xidmətlərin rəqəmsallaşdırılması istiqamətində işlər aparılır. Hazırda xidmətlərimizin təxminən 80 faizi rəqəmsal formada göstərilir. Bu da insanlara, xüsusilə sosial müdafiəyə ehtiyacı olan şəxslərə evdən çıxmadan xidmətlərdən yararlanmaq imkanı verir.
DOST Agentliyi ilə əməkdaşlıq çərçivəsində gələcəkdə xidmətlərin rəqəmsallaşdırılması və sosial sahəyə süni intellektin tətbiqi istiqamətində də işlər aparırıq. Bu gün keçirilən tədbir çərçivəsində DOST Agentliyi ilə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Sosial müdafiə sistemində insan amilinin azaldılması və qarşıya qoyulan məqsədlərə nail olunması rəqəmsallaşma olmadan mümkün deyil. Bu baxımdan rəqəmsallaşma bu günün ən vacib mövzularından biridir", - deyə o əlavə edib.
