Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan çempionatları tarixində on beş mininci qol vurulub


    Azərbaycan çempionatları tarixində yüksək liqada on beş mininci qol vurulub.

    Yubiley topu Azərbaycan Premyer Liqasının IX turunun ikinci matçına təsadüf edib.

    “Zirə” - “Sumqayıt” görüşündə vurulan ikinci qol tarixə on beş mininci kimi düşüb. Bu topu meydan sahiblərinin futbolçusu Rikardo Martins rəqib qapısından keçirib.

    Bu qarşılaşma turnirin tarixində ümumilikdə 6160-cı, baş tutan və texniki nəticə qeydə alınmayan 5881-ci oyun olub. 35 mövsümün ümumi orta məhsuldarlığı 2,55-ə bərabərdir.

    Qeyd edək ki, ölkə çempionatları tarixində ilk qolu Mehman Alışanov vurub. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə (1:2) qonaqların qapısına yol tapıb.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ