Sizin reklam burada
Sizin reklam burada
  • Arzu Nağıyevdən Tovuzun Qovlar şəhərində vətəndaş qəbulu

    Bu gün - 09.10.2026-cı il tarixində 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən 09 - oktyabr tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirilib. 


    "Atributinfo.az" xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən məşğulluq, əfv  və digər məsələlərlə bağlı oldu.

    Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.

    Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə qəbullarımız davam edəcək.

    Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.


    Bəradər 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ