Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Məşhur Məmmədov Masallıda keçirilən "PeşəFest-2026" layihəsində

    Masallı Rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binanın qarşısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) həyata keçirdiyi "PeşəFest-2026" layihəsi nümayiş olunub.

    "Atributinfo.az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Milli Məclisin deputatı Məşhur Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və rayonun digər səlahiyyətli şəxslərinin iştirakı ilə  "PeşəFest-2026" layihəsi keçirilib.

    Bu barədə "atributinfo.az"a açıqlamasında millət vəkili Məşhur Məmmədov deyib ki, gənclərin düzgün peşə seçiminə istiqamətləndirilməsi, müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsi, eləcə də məşğulluq imkanlarının genişləndirilməsi baxımından bu cür təşəbbüslər mühüm əhəmiyyət daşıyır:

    "Festival çərçivəsində əmək bazarında aktual olan 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olundu. İştirakçılar kibertəhlükəsizlik, əşyaların interneti (IoT), UI/UX dizayn, uçuş mühəndisliyi, geyim dizaynı, tibb, dənizçilik və digər istiqamətlərlə tanış olmaq, mütəxəssislərdən faydalı məlumatlar əldə etmək imkanı qazandılar.

    Müasir dövrdə gənclərin yalnız nəzəri biliklərə deyil, həm də praktiki bacarıqlara yiyələnməsi, rəqəmsal texnologiyaları mənimsəməsi və dəyişən əmək bazarının tələblərinə hazır olması xüsusi əhəmiyyət kəsb edir. Peşə festivalları gənclərin dünyagörüşünün genişlənməsinə, maraq və bacarıqlarına uyğun karyera istiqaməti seçməsinə, gələcək məşğulluq imkanlarını daha düzgün dəyərləndirməsinə töhfə verir.

    Əminəm ki, “PeşəFest-2026” Masallıda yaşayan gənclərin peşə seçimində yeni üfüqlər açacaq, onların potensiallarının üzə çıxmasına və gələcək uğurlarına zəmin yaradacaq."

    Milli Məclisin üzvü həmçinin qeyd edib ki, gənclərimizin bilikli, bacarıqlı və rəqabətqabiliyyətli mütəxəssislər kimi yetişməsi ölkəmizin gələcəyi baxımından mühüm amillərdəndir. Bu istiqamətdə həyata keçirilən layihələrin davamlılığı və əhatə dairəsinin genişləndirilməsi olduqca vacibdir.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ