Sizin reklam burada
Sizin reklam burada
  • "Bizlər öyrənməyə, öyrətməyə və birlikdə inkişaf etməyə davam edəcəyik"- Rəşad Mahmudov

    "Bu gün ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli elmi tədbirlərdən biri Türk Dövlətləri Kardio Onkologiya Konqresi və I Beynəlxalq Süniİntellekt və Robotik Kardiologiya Sammitinin açılış mərasimində, daha sonra isə konqres çərçivəsində keçirilən sessiyalardan birində moderator kimi iştirak etmək fürsəti qazandım."

    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov deyib.
    Millət vəkili əlavə edib ki,
    Sammit Avropa ölkələrindən, türkdilli dövlətlərdən, eləcə də Çin başda olmaqla müxtəlif ölkələrdən gəlmiş nüfuzlu alimləri, kardioloqları, kardiocərrahları və səhiyyə sahəsində çalışan mütəxəssisləri bir araya gətirərək geniş elmi platformaya çevrildi. Gün ərzində keçirilən təqdimatlar və müzakirələr zamanı ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsində yeni texnologiyalar, innovativ yanaşmalar, süni intellektin səhiyyədə tətbiqi, xüsusilə kardiologiya və kardio-cərrahiyyədə istifadəsinin imkanları, üstünlükləri və gələcək perspektivləri ətraflı şəkildə müzakirə edildi:

    "Bu gün artıq dünya səhiyyəsi sürətlə dəyişən texnologiyalar dövrünə qədəm qoyur. Süni intellekt yalnız məlumatların analizi deyil, erkən diaqnostika, fərdiləşdirilmiş müalicə strategiyalarının qurulması, klinik qərarvermə proseslərinin dəstəklənməsi və risklərin öncədən qiymətləndirilməsi kimi sahələrdə səhiyyəyə yeni imkanlar qazandırır. Bu baxımdan belə beynəlxalq elmi platformalar həm dünya təcrübəsinin ölkəmizə gətirilməsi, həm də yerli mütəxəssislərimizin qlobal yeniliklərlə eyni müstəvidə müzakirələr aparması baxımından xüsusi əhəmiyyət daşıyır.

    Eyni zamanda, bu cür tədbirlər ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatların, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə səhiyyənin modernləşdirilməsi istiqamətində müəyyən edilmiş strateji xəttin elmi müstəvidə dəstəklənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və Azərbaycan səhiyyəsinin qlobal elmi məkanla inteqrasiyası baxımından mühüm rol oynayır.

    Bu mötəbər tədbirin təşkilinə verdikləri töhfəyə görə təşkilatçılara, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, akademik C. Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutuna, Milli Onkologiya Mərkəzinə və əməyi keçən bütün elm və səhiyyə nümayəndələrinə təşəkkürümü bildirir, belə təşəbbüslərin gələcəkdə daha geniş miqyasda davam etməsini arzulayıram.

    Bizlər öyrənməyə, öyrətməyə və birlikdə inkişaf etməyə davam edəcəyik, əziz dostlar!"- Rəşad Mahmudov deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ