Sizin reklam burada
Sizin reklam burada
  • Qaxda barama mövsümü başlayıb

    Prezident İlham Əliyev tərəfindən ölkənin aqrar sektorunun inkişafına göstərilən dəstək və qayğı kənd təsərrüfatının bütün sahələrində, eləcə də kənd əməkçilərinin sosial həyatında öz müsbət töhfələrini verməkdədir.

    "Atributinfo.az" xəbər verir ki, dövlət başçısının ipəkçiliyin inkişafı ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, respublikamızda ipək istehsalının müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rayonumuzda da ənənəvi istehsal sahəsi olmasına baxmayaraq, tam tənəzzülə uğramış baramaçılığın inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlər öz töhfəsini verməkdədir.
    Cari təsərrüfat ilində ötən ildəkindən 800 kq çox olmaqla 8.8 ton barama istehsalı proqnozlaşdırılmışdır. Bu məqsədilə 220 qutu barama qurdu toxumunun 07-10 may tarixləri ərzində kümdarlara paylanması təmin edilimişdir. 2026-сı ildə qarşıya qoyulmuş vəzifənin yerinə yetirilməsi məqsədilə hər bir ərazidə əvvəlcədən baramaçılıq sahəsində qabaqcıl təcrübə və ənənələrə malik kümçülər müəyyənləşdirilib, onlara məxsus kümxanaların vəziyyəti barədə məlumatlar toplanılaraq təhlil edilib. Mövsümün əvvəlindən kümxanaların aqrozootexniki tələblərə uyğun hazırlanması, ipəkqurdunun düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb, kümçülərə yerində məsləhətlər verilib. Hazırda təsərrüfatlarda ipəkqurdunun bəslənilməsi aparılır.

    Bəradər,
    Zahir
    "Atributinfo.az"








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ