Sizin reklam burada
Sizin reklam burada
  • HEYDƏR ƏLIYEV MƏKTƏBİ-103!

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliiyevin ideyaları Azərbaycan xalqının dünəni, bu günü və sabahıdır! Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanın tərəqqi yolunu müəyyənləşdirən əsas strateji xəttdir!

    Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Ulu Öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə təşkil olunan “Heydər Əliyev məktəbi” adlı layihəsi uğurla davam edir.

    "Atributinfo.az" xəbər verir ki, “Heydər Əliyev məktəbi” adlı layihənin üçüncü günü
    YAP Gəncə şəhər Təşkilatının sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, texnika üzrə fəlsəfə doktoru Bayram Aslanovun təqdimatı ilə AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov “Gəncə şəhərinin tarixində, mədəniyyətində və inkişafında Heydər Əliyev izi” adlı mövzularda dinləyicilər qarşısında çıxış etdi.
    AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov çıxışında Ulu Öndər Heydər Əliyevin ulu Nizami yurdu Gəncənin tarixində, mədəniyyətində və inkişafındakı rolundan ətraflı söhbət açıb: ”Ulu Öndər Azərbaycanın inkişafı strategiyasında Gəncə şəhərinə xüsusi diqqət ayırıb, eləcə də böyük mütəfəkkirimiz Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğinə millətimizin mənəvi qüdrətinin yüksəlişi üçün vacib ideoloji məsələ kimi baxmışdır. Böyük şəxsiyyət Heydər Əliyevin arzularına uyğun olaraq Gəncə şəhəri bu gün inkişaf edir, genişmiqyaslı abadlıq və quruculuq işləri yeni vüsət alıb. Ulu Öndər Heydər Əliyevi qədirbilən gəncəlilər həmişə məhəbbətlə, ehtiramla yad edirlər.
    Qeyd edək ki, layihədə dinləyici qismində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci, Gəncə ASAN xidmət Mərkəzləri, Gəncə Dövlət Peşə Təhsil Mərkəzləri və Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin gənc əməkdaşları olmaqla ümumilikdə 40 nəfər iştirak edir. Beş gün ərzində davam edəcək “Heydər Əliyev məktəbi” adlı layihədə millət vəkilləri, universitet rektorları və idarə rəhbərləri iştirakçılarla görüşüb müxtəlif mövzularda seminarlar keçəcəklər.
    Sonda iştirakçılara Sertifikatlar təqdim olunacaq.

    Bəradər Səməndərli
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ