Sizin reklam burada
Sizin reklam burada
  • BADIMCANDA MOZAİKA VİRUS XƏSTƏLİYİ VƏ ONA QARŞI MÜBARİZƏ

    İbrahim Cəfərov
    AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor

    Viruslar da bitkilərin xəstəlik törədiciləridir, onlar hamısı obliqat, yəni həqiqi parazitlərdir, canlı toxumadan kənarda mövcud ola bilmirlər. Son illər xüsusilə Solanaceae fəsiləsinə mənsub olan kartof, pomidor, badımcan, bibər, tütün, tənbəki və s. bitkilərdə yeni- yeni virus xəstəlikləri identifikasiya edilir.
    Badımcan da mətbəximizdə tələb olunan məhsullardan olduğundan, bu bitkinin bəzi virus xəstəlikləri haqqında zamanla məlumat verəcəyik. Badımcanda bir çox virus xəstəliklərinə rast gəlinir.Onlar müxtəlif taksonomiki qruplara mənsubdur və yüksək zərərvermə ilə xarakterizə olunurlar. Bu xəstəliklərin təsirindən məhsul itkisi 20-30%, bəzi illərdə 50-60%~ə çatır.
    Badımcanda mozaika virus xəstəliyini Tobacco mozaic virus törədir. Bu xəstəlik geniş yayılmış kimi qiymətləndirilir. İnfeksiya mənbəyi yoluxmuş toxumlar və torpaqdır. TMV- Tütün Mozaika Virusu pikirovka zamanı zədə almış bitkilər üzrə kontakt yolla yayılır. Xəstəliyin diaqnostikasında seroloji üsul qəbul ediləndir.
    TMV -nin adi ştammı ilə yoluxma zamanı yarpaqlar mozaik rəng alır, tünd-yaşıl, şəffaf- yaşıl, sarı sahəciklər növbəli yayılırlar, damarcıqlar şəffaflaşırlar. Güclü yoluxma zamanı cavan yarpaqlar deformasiya məruz qalırlar.
    Bəzən qarışıq yoluxma nəticəsində daha bir nekrotik forma, Strik meydana çıxır. Bu zaman yoluxmada TMV, Cucumber mozaic virus- xiyar mozaika virusu- XMV, kartof X virusu -KXV iştirak edirlər.Belə yoluxma zamanı yarpaq, saplaq və gövdənin məhv olmuş toxumalarında tünd sahəciklər meydana gəlir. Xəstə bitkilər böyümə və inkişafdan qalırlar, bitkinin təpə hissəsində olan yarpaqlar deformasiyalaşır və xırdalanırlar.
    TMV, XMV daşıyıcıları mənənələr ( istixana, bostan, paxla və s.), KXV- nun daşıyıcıları xitridiomiset göbələklərdir. Patogenlər eyni zamanda çox asanlıqla kontak- mexaniki yolla yayılırlar.
    MÜBARİZƏ TƏDBİRLƏRİ:
    1. İlkin olaraq onu bilmək lazımdır ki, bir çox göbələk və bakterial xəstəliklərdə olduğu kimi, virus xəstəliklərində aparılan kimyəvi çiləmələr birbaşa virusa deyil, onun daşıyıcılarına qarşı
    yönəldilir.
    2. Birinci növbədə toxumlar dərmanlanmalıdır, bunun üçün toxumlar 20%~li xlorid turşusunda 30 dəqiqə saxlanır, dərhal axan suda yuyulur və qurudulur.
    3. İstixana, inventarlar, əmək alətləri tam dezinfeksiya olunmalıdır. Dezinfeksiyanı 10-15%~li natrium fosfat məhlulu, 1%~li farmayod məhlulu ilə aparıla bilər.
    4. Xəstə bitkilərin də sahədən çıxdaş edilməsi plantasiyanın ümumi sirayətlənməsin aşağı salır.
    5. Profilaktika qismində şitillərin 3%~li Farmayod məhlulu ilə çilənməsi məqsədə müvafiq addımdır.
    6. Şitillikdən başlayaraq açıq və örtülü qruntda bitkilərin normal böyüməsini və inkişafını təmin edən bütün aqrotexniki tədbirlər kompleksi dönmədən yüksək səviyyədə həyata keçirilməlidir.


    BADIMCANDA MOZAİKA VİRUS XƏSTƏLİYİ VƏ ONA QARŞI MÜBARİZƏ


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ