Sizin reklam burada
Sizin reklam burada
  • Gəncədə 18 May Muzeylər Gününə həsr olunmuş “Nəsildən-nəslə bir yadigar...” adlı tədbir keçirilib

    Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqamında, məkanında 18 May Muzeylər Gününə həsr olunmuş bir tədbir düşünün ki, o tədbirdə Azərbaycanın böyük mütəfəkkirləri-Səməd Vurğunun nəticəsi, Cəfər Cabbarlının nəvəsi, Abdulla Şaiqin nəvəsi, Üzeyir Hacıbəylinin, Niyazinin, Bülbülün şəcərəsinin nümayəndələri iştirak edirlər....
    “Nəsildən-nəslə bir yadigar...” adlı belə bir unudulmaz tədbiri bizlərə bəxş etdiklərinə görə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə, Nizami Gəncəvi Muzeyinə, Cəfər Cabbarlının Ev Muzeyi və Nailə xanımın Ev Muzeyinə dərin minnətdarlığımızı bildiririk!
    Bu elmi,ədəbi-mədəni tədbirdə böyük ədiblərimizin yalnız adlarını daşıdıqları muzeylər deyil, eyni zamanda onların qovuşduruci,birləşdirici ruhları da bizlərlə idi...
    Tədbirdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Xəzər Universitetinin Direktorlar Şurasının sədri, akademik-professor Hamlet İsaxanlı, AMEA Gəncə Bölməsinin Elmi İşlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru,dosent Əlmuxtar Muxtarov, Dünya Məktəbinin direktoru Aygün İsayeva, həmçinin respublikamızın müxtəlif şəhər və rayonlarından 35-dən çox muzey və mədəniyyət müəssisəsinin nümayəndələri iştirak ediblər.
    Çıxışlarda muzeylərin milli-mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi və cəmiyyətin maarifləndirilməsindəki mühüm rolu vurğulanıb. Tədbir çərçivəsində mədəni irsin təbliği, muzeylərarası əməkdaşlıq və gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
    Bədii hissədə iştirakçılar üçün milli musiqilər səsləndirilib, müxtəlif rəqs nömrələri nümayiş olunub və ədəbi-bədii kompozisiyalar təqdim edilib. Tədbirin mədəni proqramı qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
    Nəsildən-nəslə bir yadigar...” adlı tədbir zəngin proqramı və geniş iştirakçı heyəti ilə Beynəlxalq Muzeylər Gününün əhəmiyyətini bir daha nümayiş etdirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ