Sizin reklam burada
Sizin reklam burada
  • 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində

    "Həmkarım Tahir Mirkişili ilə Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak etdik."

    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.
    Deputat əlavə edib ki, sərgilərin təşkili və bu platformalarda fəal iştirak ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayır:

    "Bu cür tədbirlər qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatı və qida sənayesinin inkişafına təkan verir, ixrac imkanlarının genişlənməsinə şərait yaradır. Yerli istehsalçıların məhsullarının beynəlxalq bazarlara çıxışı asanlaşır, yeni tərəfdaşlıqlar qurulur və investisiya axını güclənir.
    Sərgi çərçivəsində Masallı rayonunun məhsullarının təqdim olunduğu stendi də ziyarət etdik. Bölgəmizin zəngin təbii resurslarını, zəhmətkeş insanların əməyini və milli ənənələrimizi özündə əks etdirən bu məhsullar yüksək keyfiyyəti və təbii dadı ilə seçilir. Masallı istehsalçılarının belə beynəlxalq platformalarda təmsil olunması onların tanınmasına, satış bazarlarının genişlənməsinə və regionun iqtisadi potensialının daha da güclənməsinə mühüm töhfə verir.
    Eyni zamanda, bu cür sərgilər innovativ texnologiyaların və qabaqcıl təcrübələrin ölkəmizə gətirilməsinə imkan yaradır, məhsuldarlığın və rəqabət qabiliyyətinin artmasına xidmət edir.
    Beynəlxalq sərgilər Azərbaycanın iqtisadi potensialının dünyaya tanıdılması və dayanıqlı inkişafının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır."- Məşhur Məmmədov deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ