Əməkdar jurnalist,
Newscenter.az xəbər portalının redaktoru
Başda Bəradər Səməndərli olmaqla, "Atribut"un əzmkar və peşəkar kollektivini ürəkdən təbrik edirəm
23 illik şərəfli bir zaman yolu keçən "Atribut" qəzeti təkcə ölkənin media mühitində öz sözünü deməyib, eyni zamanda neçə-neçə həmkarımızın yetişməsində, onların bacarıqlarının üzə çıxmasında məktəb rolu oynayıb. Sağlam təməllər üzərində qurulan bu məktəb günümüzdə də öz dəsti-xətti, hadisələrə obyektiv və qərəzsiz yanaşması ilə seçilir. Seçilməklə yanaşı, həm də sevilir.
"Atribut"u cəmiyyət, onun 7-dən 77-yə qədər olan nümayəndələri tərəfindən sevdirən cəhətlərdən biri də qəzetin baş redaktoru Bəradər Səməndərli başda olmaqla, kollektivin dövlətçiliyə bağlılığı, Vətənə sevgisi, Onun rəhbərinə sədaqətlə xidmət etməsidir. Qəzetin məhz 10 may tarixində təsis edilməsi də bunun əyani sübutudur.
Başda Bəradər Səməndərli olmaqla, "Atribut"un əzmkar və peşəkar kollektivini ürəkdən təbrik edir, çıxdıqları yolda uğurlar arzulayıram.
