Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tıbb elmləri doktoru
Bu gün sizinlə həkimliyin ən ağır sınaqlarından biri olan, son dərəcə ağır vəziyyətdə olan xəstə qarşısında həkimin qərarı, məsuliyyəti və risk almaq cəsarəti haqqında danışmaq istəyirəm. Bu, günümüz tibbinin ən ağrılı yeridir.
Ürək çatışmazlığı bu gün dünyada ən ağır və proqnozu ciddi olan xəstəliklərdən biridir. Xüsusilə irəliləmiş mərhələlərdə onun ölüm riski ən ağır xərçəng növləri ilə müqayisə edilə biləcək, hətta bəzi hallarda daha yüksək səviyyəyə çata bilir.
Buna baxmayaraq, ölkəmizdə belə ağır xəstələrə yüksək riskli və mürəkkəb müdaxilələrin həyata keçirilə bilməsi, bunu bacaran təcrübəli komandaların formalaşması həqiqətən qürurvericidir.
Amma məsələnin başqa bir tərəfini də unutmamalıyıq. Bəzən qarşımızda müdaxilə edilmədiyi təqdirdə yaşamaq şansı son dərəcə aşağı olan bir xəstə dayanır. Müdaxilə isə ona 70–80 faiz uğur şansı verə bilər, lakin eyni zamanda 20–30 faiz ciddi ağırlaşma və ya ölüm riskini də özündə daşıya bilər. Belə əməliyyatlarda hər xəstə və hər nəticə eyni olmur; dünyanın ən güclü mərkəzlərində belə bütün xəstələri xilas etmək mümkün deyil.
Məhz buna görə stəkanın yalnız boş tərəfinə deyil, dolu tərəfinə də baxmağı bacarmalıyıq. Əgər həkim hər dəfə “birdən nəticə pis olar” qorxusu ilə yüksək riskli xəstəyə müdaxilə etməkdən çəkinərsə, həmin bir uğursuzluqdan qaçmaq naminə xilas edilə biləcək onlarla, bəzən yüzlərlə insanın yaşamaq şansını da əlindən almış olarıq.
Əlbəttə, yüksək risk heç vaxt məsuliyyətsiz qərara haqq qazandırmır. Əksinə, risk artdıqca doğru diaqnoz, doğru göstəriş, doğru zamanlama, kifayət qədər təcrübə və doğru komanda daha böyük əhəmiyyət daşıyır.
Arzumuz budur ki, bütün bu imkanlardan istifadə edərək heç bir insanı ümidsiz buraxmayaq. Eyni zamanda cəmiyyət olaraq da tibbin imkanlarına, yüksək riskli müdaxilələrə və onların nəticələrinə daha adekvat, məntiqli və ədalətli yanaşmağı bacaraq.
Hər kəsə xəstəliklərdən uzaq, sağlam və mənalı ömür arzulayıram.
Ürək çatışmazlığı bu gün dünyada ən ağır və proqnozu ciddi olan xəstəliklərdən biridir
Cəmiyyət
- 18-08-2026, 19:38
- 11
- Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ
-
17:43
TÜRK MÖVCUDLUĞU DİNLƏRDƏN ƏVVƏLKİ TARİXDİR!
-
17:40
Qubadlıda dirçəliş: Böyük Qayıdışın yeni mərhələsi
-
17:39
Akademik Adilə Namazovanın əziz xatirəsini ehtiramla yad etdik
-
13:28
Yeni dövrün başlanğıcı
-
13:25
Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir
-
13:23
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib
-
13:23
Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib
-
13:23
Sirojiddin Abdullayev: Azərbaycanla sosial xidmətlər sahəsində 20-yə yaxın əməkdaşlıq həyata keçirilib
-
13:23
Hesablama Palatası 14 yerli icra hakimiyyətində yolların əsaslı təmirinə ayrılan büdcə vəsaitlərini təhlil edib
-
13:22
İri Şəhərlərin Su Təchizatının yeni icraçı direktoru kollektivə təqdim edilib
-
13:22
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
-
13:21
Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik
-
13:21
Britaniyanın Baş naziri: Fövqəladə hallara hazır olun
-
13:21
Fransada etiraz aksiyaları: LDH BMT-dən müşahidə missiyası, RSF isə jurnalistlərin müdafiəsini tələb edir
-
13:21
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
-
13:20
"Bavariya"nın baş məşqçisi xəstəxanaya yerləşdirilib
-
13:20
Azərbaycan çempionatları tarixində on beş mininci qol vurulub
-
22:09
Müharibə cinayətkarları, uşaq qatilləri hələ də layiqli cəzalarını almayıblar - ŞƏRH
-
21:59
Deputatdan mobil nömrələrlə bağlı təklif: "Karantin olsun, çünki..."
-
19:41
YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultayda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin müzakirəsi ilə bağlı silsilə tədbirlər davam edir
-
19:37
Göygöl rayonunda YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin müzakirəsi ilə bağlı silsilə tədbirlər davam edir
