Bu barədə BDU-dan məlumat verilib.
BDU-nun stendində universitetin təhsil, elm, dayanıqlılıq və innovasiya sahəsində əldə etdiyi nailiyyətlər, müasir idarəetmə yanaşmaları, keyfiyyət təminatı mexanizmləri və beynəlxalq əməkdaşlıq imkanları geniş şəkildə təqdim olunur.
Stend sammit iştirakçıları, xarici qonaqlar və müxtəlif ölkələri təmsil edən universitet nümayəndələri tərəfindən böyük maraqla ziyarət edilir. Ziyarətçilərə BDU-nun tədris proqramları, elmi-tədqiqat istiqamətləri, beynəlxalq layihələrdə iştirakı, tələbə və müəllim mübadilə imkanları barədə ətraflı məlumat verilir. Bununla yanaşı, potensial tərəfdaşlıqlar müzakirə olunur və yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün ilkin təmaslar yaradılır.
Sammit çərçivəsində ali təhsilin aktual istiqamətləri – universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşdırılması, təhsildə keyfiyyətin təmin olunması, rəqəmsal transformasiya və dayanıqlı inkişaf kimi mühüm mövzular diqqət mərkəzindədir.
BDU-nun bu cür nüfuzlu beynəlxalq platformalarda təmsil olunması universitetin qlobal akademik məkanda mövqeyinin möhkəmləndirilməsinə və Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir.
