Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili Məşhur Məmmədovun seçicilərlə fərdi və səyyar görüsləri ənənə halını alıb

    "Günlərdir Masallıda ictimai-siyasi tədbirlərdə iştirak etsək də, paralel olaraq seçici qəbulunu da unutmuruq.
    YAP Masallı rayon təşkilatının inzibati binasında seçicilərlə fərdi və səyyar görüşlər keçirdik, seçiciləri dinlədik."

    Bunu "atributinfo .az"a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib. O, əlavə edib ki, səlahiyyətimiz çərçivəsində həll edilə bilən istəklər yerinə yetirildi. Digərləri isə zaman tələb edən məsələlər olduğundan, aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydlər aparıldı və vətəndaşlara istiqamət verildi:

    "Bəzən seçicilərin elə istəkləri olur ki, bunu qəbula gəlmədən də evdən, rəqəmsal bacarıqlar vasitəsilə həll etmək mümkündür.
    İnanıram ki, zamanın reallıqlarından irəli gələn tələblərə uyğun olaraq, tezliklə aidiyyəti qurumlar kəndlərdə yaşayan vətəndaşlar üçün maarifləndirici təlimlərin keçirilməsinə daha çox diqqət ayıracaqlar. Bu işlərdə vətəndaş cəmiyyəti üzvləri də fəallıqlarını artıracaqlar.
    Sevindirici haldır ki, qəbula gələnlər arasında yaradılan şəraitə və problemlərin operativ həllinə görə dövlətimizə və aidiyyəti qurumlara vasitəmizlə təşəkkürlərini çatdırmaq üçün gələnlər də vardı.
    Hər bir seçiciyə bir daha xatırlatdıq ki, onlara xidmət bizim üçün hər zaman prioritetdir.
    Görüşlərimiz davam edir."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ