Bu barədə AMEA-dan məlumat verilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, Gənclər Akademiyasının fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə və müasir informasiya cəmiyyətinin tələblərinə uyğun şəkildə qurulması məqsədilə vahid vizual quruluşa malik, qrafik təsvir kimi xarakterizə olunan fərqləndirici işarənin – loqotipin (emblem) yaradılması zərurəti meydana çıxıb və bu səbəbdən AMEA-nın Gənclər Akademiyası tərəfindən yeni loqotip (emblem) hazırlanıb. Loqotipdə istifadə olunan rənglər və simvollar ənənə ilə müasirliyin harmoniyasını, biliklə yaradıcılığın vəhdətini və gələcəyə yönəlmiş dinamik elmi inkişaf konsepsiyasını vizual olaraq ifadə edir.
Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti tərəfindən AMEA-nın Gənclər Akademiyasının loqotipi təsdiq edilib.
