"Ayributinfo.az" xəbər verir ki, tədbirdə Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilmişdir.
Sonra akademik Zərifə xanım Əliyevanın ömür yolundan bəhs edən videoçarx izlənilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru Bahadır Əhmədov, Astara rayon üzrə Təhsil sektoronun müdiri Xədicə Əliyeva və Astara Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yolundan və fəaliyyətindən geniş söhbət açmışlar. Həmçinin vurğulamışlar ki, Zərifə Əliyeva bir ana kimi gözəl insan idi. O, övladlarına yüksək tərbiyə verib, Vətənə layiqli yetişdirib. Bu gün ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyevin yüksək biliyi, bacarığı ilə yanaşı, ən ali insani keyfiyyətlərə malik olması da məhz Onun Ulu Öndər Heydər Əliyevlə görkəmli akademik Zərifə xanımın övladı olması və bu ideal ailədə böyüməsi ilə bağlıdır.
Qeyd edilmişdir ki, Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan dünya şöhrətli alim, akademik Zərifə xanımın əziz xatirəsini yaşatmaq, onun irsini öyrənmək və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.
Akademik Zərifə Əliyevanın adı Azərbaycan tarixində daim yaşayacaq, onun elmi və mənəvi irsi isə gələcək nəsillərə işıq saçmağa davam edəcəkdir.
İştirakçıların diqqətinə çatdırılmışdır ki, hər il olduğu kimi bu il də rayonumuzda akademik Zərifə xanım Əliyevanın doğum günü ərəfəsində Milli Oftalmologiya Mərkəzi tərəfindən tibbi aksiya keçiriləcəkdir.
Bəradər Səməndərli
"Atributinfo.az"
