Bakıda Azərbaycan və Gürcüstanın hərbi hüquqşünasları görüşüblər
Sosial
23-04-2026, 12:05
62
Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tərəflər hər iki ölkənin hərbi qanunvericiliyinin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində uyğunlaşdırılması, eləcə də bir sıra digər məsələlərə dair müzakirələr aparıblar.