BDU-dan bildirilib ki, təlimdə universitetin müxtəlif fakültələrindən tələbələrlə yanaşı, Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Psixoloji mərkəzinin rəhbəri dosent Boboyor Turayev də iştirak edib.
Təlim çərçivəsində sektorun psixoloqu İlkanə Mənsumova iştirakçılara şəxsi sərhədlərin nəzəri əsasları, sağlam və qeyri-sağlam sərhəd modelləri, assertiv ünsiyyət bacarıqları və emosional rifahın əsas komponentləri haqqında ətraflı məlumat verib. İnteraktiv müzakirələr və praktiki tapşırıqlar vasitəsilə mövzu iştirakçılar tərəfindən daha dərindən mənimsənilib.
Təlim müddətində iştirakçılar öz sərhədlərini tanımaq, onları ifadə etmək və gündəlik həyatlarında tətbiq etmək istiqamətində praktik bacarıqlar əldə edib, emosional rifahın qorunması üçün effektiv strategiyalarla tanış olublar.
Təlim qarşılıqlı fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb.
Bu kimi maarifləndirici tədbirlər universitet mühitində psixoloji rifahın gücləndirilməsinə, sağlam ünsiyyət mədəniyyətinin formalaşmasına və beynəlxalq təcrübə mübadiləsinin inkişafına mühüm töhfə verir.
