Deputat aprel döyüşləri şəhidinin anım mərasimində iştirak edib
Sosial
6-04-2026, 17:33
111
Seçici problemini, qaldırılan məsələləri fəaliyyətinin prioritet istiqaməti hesab edən, daim vətəndaşların yanında olan 79 saylı Masallı seçki dairəsindən Milli Məclisin deputatı Məşhur Məmmədov ötən gün Rayonunun Viləş kəndində Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günündə iştirak edib. "Atributinfo.az" xəbər verir ki, anım günü Masallı RİH-nin təşkilatçılığı ilə keçirilib.
Deputat mərasim iştirakçıları ilə birgə qəhrəman şəhid qardaşlar- Nurlan və İntiqam Əsgərlilərin xatirəsini yaşadan ev muzeyini ziyarət edərək, onların şərəfli ömür yolunu bir daha ehtiramla yad ediblər.
Bu barədə saytımıza danısan millət vəkili Məşhur Məmmədov "Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin!"- deyib