Sizin reklam burada
Sizin reklam burada
  • Saatlıda aprel döyüşləri iştirakçıları ilə görüş

    03 aprel 2026-cı il tarixində Saatlı rayonunda bir qrup aprel döyüşləri iştirakçıları ilə görüş keçirilmişdir.

    "Atributinfo.az" xəbər verir ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayon polis şöbəsinin, RİHB-nın İƏD üzrə nümayəndəliklərinin, idarə və müəssisələrin məsul əməkdaşlarının və bələdiyyə sədrlərinin iştirakı ilə ailələrə səfər olunmuşdur.

    Görüş zamanı iştirakçılarla səmimi söhbət aparılmış, onların döyüş xatirələri dinlənilmiş, göstərdikləri qəhrəmanlıq və vətənpərvərlik nümunələri yüksək qiymətləndirilmişdir.

    Görüşlərin keçirilməsində əsas məqsəd aprel döyüşləri qəhrəmanlarının igidliyinin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olmuşdur.

    Bəradər Səməndərli
    "Atributinfo.az"





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ