Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Milli Məclisdə Xızı-Siyəzən sakinlərinin problemini qaldîrdı

    Xəbər verildiyi kimi, 2026-cı il 13 mart tarixində Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı dinlənilmiş və deputatlar tərəfindən geniş müzakirə olunmuşdur.
    Müzakirə zamanı millət vəkili Müşfiq Məmmədli səhiyyə sahəsində görülən işlərdən danışmış, bu istiqamətdə həyata keçirilən təqdirəlayiq tədbirləri dilə gətirmişdir:

    "2025-ci ildə Azərbaycan Respublikasının Nazirlər
    Kabineti tərəfindən təqdim olunan hesabatda bütün
    sahələrdə oldugu kimi, səhiyyə sahəsində görülən işlər və xüsusilə də icbari tibbi sığorta sisteminin inkişafı diqqətəlayiqdir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə səhiyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində mühüm addımlar
    atılmışdır. Bildiyiniz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tətbiq edilən icbari tibbi sığorta sistemi artıq ölkə üzrə tam şəkildə fəaliyyət göstərir. Bu sistem vətəndaşların tibbi xidmətlərə çıxışını genişləndirməklə yanaşı, səhiyyə xidmətlərinin maliyyələşmə mexanizmini də daha şəffaf və dayanıqlı etmişdir. 2025-ci il ərzində sığorta paketinə daxil olan xidmətlərin sayı artırılmış, bir sıra ixtisaslaşdırılmış tibbi xidmətlər və yüksək texnologiyalı müayinələr vətəndaşlar üçün daha əlçatan olmuşdur. Eyni zamanda, TƏBİB tabeliyində fəaliyyət göstərəndövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, regionlarda yeni xəstəxana və tibb mərkəzlərinin istifadəyə verilməsi səhiyyə xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərmişdir.

    Deputat qeyd etmişdir ki, bu addımlar xüsusilə regionlarda yaşayan vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarını genişləndirmişdir.
    Səhiyyə sahəsində aparılan islahatlar ölkə başçısı İlham Əliyev tərəfindən müəyyən edilən sosial siyasətin mühüm istiqamətlərindən biridir:

    "Dövlətimizin əsas məqsədi vətəndaşların sağlamlığının qorunması, keyfiyyətli və əlçatan tibbi xidmətlərin təmin edilməsidir.
    Bununla yanaşı, hesab edirəm ki, icbari tibbi sığorta sisteminin daha da təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi, vətəndaş məmnuniyyətinin artırılması istiqamətində işlər davam etdirilməlidir. Xüsusilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi və profilaktik tibbin inkişafı gələcək dövr üçün əsas prioritetlərdən biri olmalıdır. Xüsusən vəsaitlərdən səmərəli və effektiv istifadə ön planda olmalıdır. Ümumilikdə, 2025-ci ildə səhiyyə sahəsində əldə olunan nəticələr göstərir ki, aparılan islahatlar düzgün istiqamətdə davam edir və bu proses ölkəmizdə daha effektiv və vətəndaş yönümlü səhiyyə sisteminin formalaşmasına xidmət edir.
    Deputat çıxışında həmçinin hökumət üzvlərinin diqqətinə seciciləri narahat edən bir necə məsələni də catdırmışdir:

    "Siyəzən rayonu Dağ quşçu və ətraf kəndləri birləşdirən
    asfalt yolların bir hissəsi güclü daşqınlar nəticəsində
    yararsız vəziyyətə düşmüşdür. Bu istiqamətdə müvafiq
    işlərin görülməsinə ciddi ehtiyac vardır.
    Hal-hazırda fəaliyyət göstərməyən Alternativ Enerji Üzrə Dövlət Agentliyi tərəfindən tikintisi yarımçıq qalmış
    kompleks çox az miqdarda maliyyə vəsaiti sərf etməklə
    rayonda olmayan böyük idman kompleksi yaratmaq
    olardı.Təbii fəlakət nəticəsində evləri yararsız hala düşən Xızı və Siyəzən rayon sakinlərinə müvafiq yardımların göstərilməsi secicilərimiz tərəfindən daim görüşlərdə qaldırılan məsələlərdəndir."- Müşfiq Məmmədli səsləndirmişdir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ