Sizin reklam burada
Sizin reklam burada
  • "Ailələrə ümid və sevinc bəxş edən hər bir təşəbbüs xüsusi dəyər daşıyır"

    "Bu gün Masallı rayonunun Meşəkənarı kəndində 5 uşaqlı aztəminatlı ailə üçün inşa olunmuş yeni fərdi yaşayış evinin açılışında iştirak etdik.
    Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, həmkarlarım Anar İsgəndərov, Elman Nəsirov, Cavanşir Paşazadə, Fəzail İbrahimli, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, həmçinin kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər."

    Bunu "atributinfo.az" ay açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib. O, əlavə edib ki, həssas ailələrə göstərilən bu diqqət və qayğı ölkəmizdə həyata keçirilən dövlət sosial siyasətinin real nümunəsidir. Bu cür addımlar cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bölgələrdə ardıcıl şəkildə davam etdirilir. Ailələrə ümid və sevinc bəxş edən hər bir təşəbbüs xüsusi dəyər daşıyır:

    "Masallıda bu xeyirxah işin ərsəyə gəlməsində əməyi olan xeyriyyəçilərə təşəkkür edir, yeni evə köçən ailəyə sağlamlıq, firavanlıq və xoş günlər arzulayıram.
    Belə sosial layihələr bir daha sübut edir ki, dövlət–vətəndaş birliyi real əməllərlə möhkəmlənir."- Deputat deyib.

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ