Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniya Birləşmiş Respublikasına səfərə gəlib

    Oktyabrın 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın 153-cü Assambleyasında iştirak etmək üçün Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfərə gəlib.

    Aruşa şəhərinin Kilimancaro beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı və nümayəndə heyətini  Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov, Tanzaniyanın Birləşmiş Millətlər Təşkilatı (BMT) və Cenevrədəki digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi  Abdallah Saleh Possi və digər rəsmi şəxslər  qarşılayıblar.


    Milli Məclisin Mətbuat və

    ictimaiyyətlə əlaqələr şöbəsi




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ