Bunu daim vətəndaşların yanında olan, seçici problemləri ilə yaxından maraqlanan, sözün əsl mənasında gücü, bacarığı və imkanı daxilində əlindən gələni əsirgəməyən 79 saylı İmişli seçki dairəsindən Milli Məclisə seçilən deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev "atributinfo.az"a açıqlamasında deyib. O, vətəndaşların haqlı müraciətlərini belə izah edib:
"Təəssüf ki, narazılıqlar sistemli xarakter almaqdadır və vətəndaşlar haqlı olaraq çıxış yolu axtarırlar. İnsanlar işləmək və layiqli sosial təminat görmək istəyir. Bu, onların ən təbii haqqıdır.
Müraciətlərlə bağlı aidiyyəti qurumlara rəsmi sorğular göndəriləcək və məsələlərin həlli nəzarətimizdə olacaq. Vətəndaş problemləri kağız üzərində qalmamalı, real nəticə ilə həllini tapmalıdır.- Deputat deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
