Bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev deyib.
“Əlbəttə, bu günə qədər də ayrı-ayrı dövlət qurumları tərəfindən problemlər vurğulanıb. Amma açıq demək lazımdır, təkcə çıxışlarla vəziyyət dəyişmir. Problem illərdir ki, məlumdur. Bura plansız yol təmirləri, iş saatlarında əsas küçələrin bağlanması, qurumlar arasında koordinasiyanın zəif olması, ictimai nəqliyyatın hələ də yetərincə cəlbedici olmaması daxildir. Nəticədə ən çox zərər görən isə adi vətəndaşdır ki, onlar işinə gecikirlər, əsəbləri pozulur, vaxt itirirlər. Əgər doğrudan da dəyişiklik istənilirsə, yol təmirləri əsasən gecə saatlarında aparılmalı, qurumlar bir-biriləri ilə normal əlaqələndirilməli, ictimai nəqliyyat real tələbat əsasında genişləndirilməli və məsul şəxslərdən konkret nəticə tələb olunmalıdır. Ümid var, lakin bu ümidin doğrulması məmurların gündəlik iş üslubunun dəyişməsindən asılıdır. Cəmiyyət artıq bəyanat yox, real rahatlıq görmək istəyir. Yenə də deyirəm ki, Prezidentin dünənki çıxışı, tələbi və təsdiq etdiyi proqram ciddi və konkret nəticəyə hesablanmış fəaliyyətdir”, - deputat bildirib.
