Sizin reklam burada
Sizin reklam burada
  • N hərbi hissəsində taktiki təlim keçirilib

    2026-cı il üçün hazırlıq planına uyğun olaraq N hərbi hissəsinin taktiki təlimi keçirilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində bölmələrin tapşırıqların icrası ilə bağlı fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib, komandirlərin qəbul edilmiş qərarlara dair məruzələri dinlənilib.

    Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ