Sizin reklam burada
Sizin reklam burada
  • Deputat növbəti vətəndaş qəbulu keçirib

    Daim seçicilərinin yanında olan, onların qayğı və problemlərini diqqət mərkəzində saxlayan Milli Məclisin deputatı Müşfiq Məmmədli bu gün Yeni Azərbaycan Partiyası Siyəzən Rayon Təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

    "Atributinfo.az" xəbər verir ki, qəbul zamanı vətəndaşların sosial və məişət xarakterli müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
    Vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyə uyğun şəkildə həlli deputat tərəfindən daim diqqət mərkəzində saxlanılır.

    Bəradər Səməndərli
    "Atributinfo.az"






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ