Tədbir zamanı ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Semur Əsgərov iştirakçıları salamladıqdan sonra giriş nitqi ilə çıxış edərək, Partiyanın fəaliyyəti dövründə əldə etdiyi uğurlardan, dünya çapında özünəməxsus yerə malik olmasından və gələcək inkişaf perspektivlərindən danışmışdır. Ərazi partiya təşkilatının fəaliyyəti müzakirə olunmuş və hesabat məruzəsi dinlənilmişdir. Tədbirdə partiya fəallarından Rafiq Hacıyev, Sahilə İsmayılova və digərləri çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.
Sonra təşkilatı məsələyə baxılaraq Əliyev Niyazi Aslan oğlu Ərazi partiya təşkilatının sədri, Cəfərov Anar Vilaməd oğlu sədr müavini seçilmişlər.
YAP Göygöl rayon təşkilatının məsləhətçisi Semur Əsgərov yeni seçilən şəxsləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Ərazi Partiya təşkilatına seçilmiş sədr və sədr müavini onlara göstərilən yüksək etimada görə minnətdarlıq ifadə edərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.
