Sizin reklam burada
Sizin reklam burada
  • Britaniyalı texnologiya üzrə ekspert: Azərbaycanın süni intellekt strategiyası təqdirəlayiqdir

    Azərbaycanın süni intellekt strategiyasına malik olması və innovasiyadan istifadə istiqamətində regional güc olmaq ambisiyası müsbət qiymətləndirilir.

    Bu fikirləri Londonda Azərbaycan və Böyük Britaniyadan olan peşəkarların iştirakı ilə süni intellekt mövzusunda keçirilən konfransda iştirak edən Paul Eksell bildirib. Onun sözlərinə görə, Azərbaycanın süni intellektdən enerji, səhiyyə, material elmləri və digər sahələrdə innovasiyaların əsas dayağı kimi istifadə etmək niyyəti diqqət çəkir.

    Britaniyalı mütəxəssis bildirib ki, innovasiya güclü bacarıqların bir araya gəldiyi şəbəkələr vasitəsilə formalaşır. Vurğulayıb ki, Azərbaycan və Böyük Britaniya arasında həyata keçirilən görüşlər və əməkdaşlıq bu baxımdan ümidvericidir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ